Qaradağda ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı

Qaradağda ailə üzvlərini qumbara ilə öldürməklə hədələyən kişi saxlanıldı

“İNFONEWS” xəbər verir.

Martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılmış, ondan “UZRQM-2” markalı qumbara götürülmüşdür.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir