Gənc dizaynerlər üçün “Mən Qarabağam!” yaradıcılıq layihəsinə start verilib

Gənc dizaynerlər üçün “Mən Qarabağam!” yaradıcılıq layihəsinə start verilib

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Odlar Yurdu Universiteti ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Mən Qarabağam!” adlı yaradıcılıq layihəsinə start verib.

Layihənin əsas məqsədi işğaldan azad olunan ərazilərimizdə tarixi-mədəni abidələrimizin, yaşayış məskənlərimizin bərpa və yenidənqurma işlərinə dizayn sahəsində təhsil alan tələbələri, gənc mütəxəssisləri cəlb edərək, belə məsuliyyətli və şərəfli işdə onların iştirakını təmin etməkdir.

Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin dizayn ixtisası üzrə təhsil alan tələbələri və gənc könüllü dizaynerlərlə birgə həyata keçiriləcək layihə üç mərhələdə icra olunacaq. Birinci mərhələdə layihələrin təqdimatı, iştirakçıların seçimi və işğaldan azad olunmuş rayonların komanda rəhbərləri arasında bölünməsi həyata keçiriləcək. İkinci mərhələdə komandaların müəyyən olunan vaxt müddətində təqdimata hazırlığı, nominasiyaların müəyyənləşdirilməsi, sonuncu mərhələdə isə, təqdim olunan layihələrin qiymətləndirilməsi, qaliblərin seçilməsi olacaq.

Layihəyə mayın 10-da yekun vurulacaq.

İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri üçün könüllü olaraq layihə təqdim etmək istəyənlər aprelin 30-dək müraciət etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir