Mikayıl Cabbarov Slovakiyanın xarici və Avropa işləri naziri ilə görüşüb
“İNFONEWS” xəbər verir.
İqtsadiyyat naziri Mikayıl Cabbarov Slovakiya Respublikasının xarici və Avropa işləri naziri ilə görüşüb.
Bu barədə nazir Mikayıl Cabbarov şəxsi “Facebook” sahifəsində bildirib.
O qeyd edib:
Slovakiya Respublikasının xarici və Avropa işləri naziri cənab İvan Korçokla görüşdük. İkitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye zonalarına investisiyaların cəlb olunması və əməkdaşlıq imkanlarını müzakirə etdik.