Koronavirusdan ölüm riskini dörd dəfə artıran amil hansıdır?
“İNFONEWS” xəbər verir.
Lester Universitetinin alimləri apardıqları araşdırma zamanı koronavirus yeni növündən ölüm riskini dörd qat artıran amili müəyyən ediblər.
Bu barədə “Daily Mail” məlumat yayır .
Məlum olub ki, daha yavaş yeriyən insanların COVID-19-dan ölmə ehtimalı dörd qat daha yüksəkdir.
Tədqiqat zamanı Böyük Britaniyanın Biobankında 40-69 yaş arası 412 mindən çox xəstənin göstəriciləri təhlil edilib.
Beləliklə, alimlər yavaş gəzinti tempinə sahib insanların COVID-19-dan dörd dəfə daha çox öldüyünü müəyyənləşdirib.
Eyni zamanda, normal çəkisi, lakin yavaş yeriş tempi olan insanlarda koronavirusun ağır formasının inkişaf riski çəkisi ağır, lakin yerişi sürətli olanlardan 2,5 qat daha yüksək olub.