Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan UNEC dünya təhsil brendləri arasında mövqeyini gücləndirməkdə davam edir.
UNEC-dən İnfoNews-a bildirilib ki, belə ki, Türkiyə, Slovakiya, Macarıstan, Xorvatiya, Polşa, Latviya, Litva, Estoniya, Rusiya, Ukrayna və Gürcüstandan sonra Yunanıstan da UNEC brendini tanıyaraq qoruma altına aldı.
2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan UNEC bununla da 12-ci ölkə tərəfindən rəsmi tanınmış oldu.