Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb
“İNFONEWS” xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlığın İnkişafı Fondunun strateji hədəflərini açıqlayıb.
Bu barədə M.Cabbarov “Twitter” səhifəsində yazıb.
Nazir bildirib:
Sahibkarlığın İnkişafı Fondunun 2021-2023-cü illər üzrə strateji hədəfləri – sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılmasına və inkişafına dəstək, Fondun dayanıqlı inkişafının təmin edilməsidir.