“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz payı”

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz payı”

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Bayram ərəfəsində “Azercell Könüllüləri”nin təşəbbüsü ilə baş tutan “Novruz payı” aksiyasında könüllülər torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduraraq ən sevincli Novruz bayramını yaşadan cəsur qazilərimizi və şəhid ailələrini ziyarət edib, onlara “Novruz payı” çatdırıblar. Ailələrin siyahısının əldə olunmasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı olub.

Azərbaycanın bütün bölgələrini əhatə edən aksiya çərçivəsində könüllülər 400-dən çox İkinci Vətən müharibəsi şəhid ailəsi və döyüşlərdə yaralanmış qazilərlə görüşüblər. “Novruz payı” aksiyası üçün toplanmış vəsait hesabına qəhrəmanlarımızın ailələrinə müxtəlif bayram şirniyyatı və Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından ibarət sovqat paylanılıb, 50 AZN dəyərində kuponlar təqdim olunub.

“Azercell” özündə yüksək dəyərləri təcəssüm etdirən, insanları sülhə və dostluğa səfərbər edən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” Beynəlxalq Biznes “STEVIE” Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspress” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəriciləri nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir