Martın 20-dən 22-dək törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb

Martın 20-dən 22-dək törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Daxili İşlər Nazirliyi 2021-ci il mart ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir