İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.
Günün ilk matçında “Çelsi” doğma meydanda “Şeffild Yunayted”i 2 cavabsız qolla məğlub edib.
Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90-cı dəqiqədə isə Hakim Ziyeş vurub.
Digər qarşılaşmada “Lester Siti” evdə “Mançester Yunayted”ini 3:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib. Qarşılaşmanın 52-ci dəqiqəsində Yuri Tilemans “qırmızı şeytanlar”ı ikinci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.
Beləliklə, qələbə sayəsində “Çelsi” və “Lester Siti” komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda “Mançester Siti” ilə, Lester təmsilçisi isə “Sautgempton”la qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.