Ramiz Mehdiyevin səhhətində problem var?
“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.
“19-20 mart tarixlərində bəzi saytlarda AMEA prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində guya ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb”.
Medicina.az xəbər verir ki, bu açıqlama ilə AMEA-nın Mətbuat xidməti çıxış edib.
“İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.
Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik.
Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”, – deyə açıqlamada qeyd olunub