Ali Hərbi Məktəbdə Novruz bayramına həsr olunmuş konsert keçirilib

Ali Hərbi Məktəbdə Novruz bayramına həsr olunmuş konsert keçirilib

“İNFONEWS” xəbər evrir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin təşəbbüsü ilə Ali Hərbi Məktəbdə Novruz bayramına həsr olunmuş konsert keçirilib.

İdarədən bildirilib ki, tədbirin aparıcısı Könül Muxtarova Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü nəticəsində 30 illik Qarabağ nisgilimizə son qoymuş Qələbəmizdən sonra ilk dəfə Novruz bayramının bu torpaqlarda qeyd edildiyini söyləyib. Şəhidlərimizin qanı bahasına, qazilərimizin cəsurluğu və Milli Ordumuzun rəşadəti sayəsində qazanılan bu qələbənin Azərbaycan tarixində şanlı səhifə olduğunu bildirib.

Sonra zəfər əhval-ruhiyyəli, xarıbülbül ətirli bayram konserti rəngarəng musiqi nömrələri və rəqslərlə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir