Bakıda Mədəniyyət Sarayından külli miqdarda oğurluq edilib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət Sarayından 28 min manat dəyərində musiqi avadanlığı oğurlandığı müəyyənləşdirilib. Oğurluqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.