Elnur Atakişiyev- TARİXİ QƏLƏBƏMİZİN GÖSTƏRİCİSİ

“İNFONEWS” təqdim edir

TARİXİ QƏLƏBƏMİZİN GÖSTƏRİCİSİ:

Qalib Ali Baş Komandan və ölkənin birinci xanımı, Birinci vitse-prezidenti, dəyərlimiz Mehriban Əliyeva xalqımız üçün çox əlamətdar olan Novruz bayramı günlərində, İlaxır çərşənbədə yenə də işğaldan azad edilmiş ərazilərimizə, Füziliyə, Xocavəndə və mənəvi qibləgahımız olan Şuşaya növbəti tarixi səfərlərini gerçəkləşdirdilər. Bu, Qarabağa sahiblənməyin növbəti nümayişi idi. Bu, qalibiyyətin, əzmin, cəsarətin növbəti təntənəsi və təcəssümü idi. Bu, düşmənə və onun havadarlarına verilən növbəti mesaj, öldürücü zərbə idi.
Deməli, heç bir qüvvə, heç bir güc bizi artıq Qarabağdan ayıra bilməz. Bu, mümkün deyil və prezidentin bəyan etdiyi kimi, mümkün də olmayacaq. Düşmən də, onun havadarları da bunu qulaqlarında sırğa etməlidirlər!
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.

Beləliklə, Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi, ordumuz məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu. Oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunması Vətən Müharibəsində əldə olunan qələbədə böyük rol oynadı. Hadrut qəsəbəsi Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün oldu. Prezident Ali Baş Komandan qeyd etdi ki, Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Ona görə də bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

Həmişə olduğu kimi Prezidentin bu səfəri də bir sıra açılışlarla yadda qaldı.
Hadrut qəsəbəsində dövlət bayrağımız qaldırıldı, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməli qoyuldu, Hünərli kəndində tarixi Alban kilsəsi ziyarət edildi, tarixi Tuğ və məşhur Azıx mağarasının yerləşdiyi Azıx kəndinə baş çəkildi.

Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq.
Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə, çətin işlər hələ qabaqdadır.
Bu xüsusda cənab Prezident deyib: “Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Düşmən isə bütün binalarımızı, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar, su elektrik stansiyalarını dağıdıblar. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik”.

Bəli, budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəviyyatımız. Bizim düşmənlə fərqimiz də elə bundadır. Azərbaycanın ən qədim insan məskəni haradır soruşulanda Azıx mağarasının adını çəkirik. Vaxtı ilə mağaranın yerləşdiyi bölgənin əhalisi onun varlığından xəbərdar olsa da, onun tarixini təsəvvür belə etmirdilər. Onların nəzərində bura sehrli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir yer deyildi. Odur ki, insanlar mağaraya yaxın düşməkdən belə çəkinirdilər. Lakin mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar olunduqdan sonra xalqımızın necə bir xəzinəyə sahib olduğu üzə çıxır.

Müzəffər Ordumuzun Ali Baş Komandanı bir daha qətiyyətli, əzmli şəkildə bildirdi ki, bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır
və bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.
Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, buraya həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Füzili bizimdir, Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

Elnur Atakişiyev- Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayonu üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir