Naxçıvançay vadisində “Könüllülər bağı” salınıb
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ekologiya könüllüləri Güznüt gölü ətrafında təmizlik aksiyası keçirib.
“İNFONEWS” AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-səhman yaradıblar.
Təmizlik aksiyasından sonra gənclər Naxçıvançay vadisində “Könüllülər bağı” salıblar. 1,5 hektara yaxın sahədə salınan bağda gənclər meyvə tingləri əkib, onlara qulluq göstəriblər.