Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu

Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu

Ermənilərin yaşadıqları yerdən asılı olmayaraq nankor və ləyaqətsiz əməllərinə zaman-zaman rast gəlirik.

“İNFONEWS” unikal.org-a istinadən xəbər verir ku, bu barədə Baku TV-nin Gürcüstan bürosunun hazırladığı məlumatda qeyd olunub. Qonşu Gürcüstanda doğulub böyüyən Jozef Kaşanyan sosial şəbəkədə paylaşdığı videoda azərbaycanlıları təhqir edib. Baku TV-nin əməkdaşları erməni tibb işçisinin çalışdığı Qafqaz Tibb Mərkəzinə yollanaraq onun bu addımını yerindəcə araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze Jozef Kaşanyan tərəfindən edilən hörmətsizliyin qəbuledilməz olduğunu bildirib. Natia Nutsibidze eyni zamanda nizam-intizam komitəsində Jozef Kaşanyan barəsində qərarın verilməsi ilə bağlı müzakirələrin davam etdiyini də qeyd edib.

Baku TV yenidən Qafqaz Tibb Mərkəzinə üz tutub.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze yazılı formada bildirib ki, rəhbərlik tərəfindən ciddi töhmət alan Jozef Kaşanyan işdən azad olunub.

Sosial şəbəkələrdə azərbaycanlıları təhqir edən Jozef Kaşanyan insanlıqdan uzaq olduğu kimi, artıq həkim olmaq istəyindən də uzaq qalmalı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir