FIFA-nın keçmiş rəhbəri Zepp Blatterin cəzası məlum olub
“İNFONEWS” xəbər verir.
Beynəlxalq Futbol Federasiyası FIFA-nın keçmiş rəhbəri Zepp Blatter 6 il 8 ay müddətinə futbol aləmindən uzaqlaşdırılıb.
Sports.ru portalının məlumatına görə, isveçrəli funksionerə göstərilən müddət ərzində futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmaq qadağan edilib.
85 yaşlı Blatter təşkilatın etik prinsiplərinə pozmaqda və korrupsiyada təqsirli bilinib.
Onun cəzasının bu ilin oktyabr ayında qüvvəyə minəcəyi bildirilib.