Abşeronda tank əleyhinə təlim minası aşkarlanıb

Abşeronda tank əleyhinə təlim minası aşkarlanıb

“İNFONEWS” xəbər verir.

Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər.

Müəyyən olub ki, bu, iki ədəd tank əleyhinə TM-62M təlim minasıdır. Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb. Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir