Dünyada elektrik enerjisinə qənaətlə bağlı fləşmob keçirilib
“İNFONEWS” xəbər verir.
Ötən şənbə günü dünyada keçirilən fləşmob bu dəfə ekoloji məna daşıyıb.
“Yer saatı” adlı aksiya Mərkəzi Avropa vaxtı ilə saat 20.30-da başlayıb. Aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar, şəhərlərin meriyaları, təşkilatlar və digərləri heç də az enerji tələb etməyən cihazları, məişət texnikasını və s. bir saatlığa söndürməli idilər. Xüsusən Budapeşt, Brno, Lyublyana və Praqa meriyaları şəhərlərin əsas görməli yerlərinin və abidələrin işıqlandırılmasını bir saat dayandırmaq barədə qərar qəbul ediblər.