AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
“İNFONEWS” xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
“Real” – “Liverpul” oyunu aprelin 6-da Madriddə keçiriləcək.