Şuşaya atılan raket barədə ANAMA rəsmisinin açıqlaması

Şuşaya atılan raket barədə ANAMA rəsmisinin açıqlaması

“İNFONEWS” xəbər verir.

Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri istiqamətində iki ədəd “İskəndər” raketi aşkar edib.

Bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib: “Agentlik tərəfindən bütün işğaldan azad olunmuş şəhər və rayonlarımızda əməliyyat axtarış işləri davam etdirilir. Dekabr ayından etibarən Şuşa şəhərində də evlərdə, zirzəmilərdə və döyüş getmiş bütün ərazilərdə axtarış aparılıb və 100-dən artıq partlamamış hərbi sursat aşkar edilib.
Cari ilin 15 mart tarixində isə xidməti vəzifələrini yerinə yetirən zaman agentliyin əməkdaşları iki müxtəlif ərazilərdən partlamış raket qalıqları aşkar edilib və dərhal bu barədə rəhbər şəxslərə məlumat verilib. Həmin raket qaqlıqlarının üzərində olan modifikasiya kodları yoxlanıldı və “İskəndər” raketi olduğu məlum oldu.

Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir. Bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

İ.İsmayılov deyib ki, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır: “Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Raketin tam olaraq qalıqları aşkarlanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir