Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı
“İNFONEWS” xəbər verir.
Hərbi əməliyyatlar zamanı hər hansı zədə almış, xəstəlik tapmış Qarabağ qaziləri əlilliyin təyinatı üçün ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidir.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, səhiyyə müəssisəsi dərhal “forma 88” tərtib edərək bunu elektron alt sistemə daxil etməlidir:
“Elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoçəkilişlər, ümumi məlumatlar komissiya tərəfindən nəzərdən keçirilir”.
Ə.Əbdül-Qədirovun sözlərinə görə, şəxsin hərbi xidmətdən tərxis olunması o, demək deyil ki, ona əlillik təyin edilməlidir:
“Bu halda şəxs hərbi sahə üçün yararlı deyil. Amma o, digər sahələrdə çalışa bilər”.