Koronavirusa ikinci dəfə yoluxanlar xəstəliyi yüngül keçirirlər.
“İNFONEWS” xəbər verir ki, bu fikirləri tanınmış həkim-reanimotoloq Şahin Məmmədov özünün sosial şəbəkə hesabında paylaşıb.
Sözügedən paylaşımı təqdim edirik:
“Biləsiniz ki sizin immun sistem milyonlarla il ərzində inkişaf yolu keçib və mürəkkəb, çoxpilləli, çoxbudaqlı bir sistemdir. Hərbi sistem. Sizin immun hüceyrələriniz- əsgərlərdir.
Necə ki Azərbaycan əsgərləri Aprel döyüşlərini heç vaxt unutmayacaq, immun sistemimiz də ağır xəstəliyi -ağır döyüşü heç vaxt unutmayacaqlar. Ona görə də xəstəliyi ağır keçirən insanlarda daha dayanıqlı immunitet əmələ gəlir.
İmmunoglobulinlər 6 aydan sonra itərsə virusa təkrar yoluxma olur. Amma xəstəlik yüngül keçir. Çünkü sizin immun T və B hüceyrələriniz də var. Yəni humoral immunitetdən başqa hüceyrə immuniteti də var. Bu hüceyrələr keçmiş SARS virusundan sonra 10 illərlə qanda qaldığı tədqiqatlarda bilinmişdir. Covid 19 un yaratdığı hüceyrə immunitetinin sars qardaşının yaratdığı immunitetdən fərqli olacağına əsaslı səbəb yoxdur. Və bu dəfələrlə görülür, nadir istisnalar olsa da.”