Səhiyyə Nazirliyi Rəmişin ölüm səbəbini açıqlayıb

Səhiyyə Nazirliyi Rəmişin ölüm səbəbini açıqlayıb

“İNFONEWS” xəbər verir.

Səhiyyə Nazirliyi Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) arvadı Gülü Hüseynova bugünkü açıqlamasında özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını ilə bağlı açıqlamasına münasibət bildirib.

Qurumdan bildirilib ki, o, COVID-19-dan vəfat edib:

“Bakı Sağlamlıq Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyət və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib”.

Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir