Azərbaycan paralimpiyaçıları “Tokio-2020”yə indiyədək 9 lisenziya qazanıblar

Azərbaycan paralimpiyaçıları “Tokio-2020”yə indiyədək 9 lisenziya qazanıblar

“İNFONEWS” xəbər verir.

Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına indiyədək 9 lisenziya qazanıblar.

Lisenziyalar atletika (3), atıcılıq (2), üzgüçülük (3) və pauerliftinq (1) üzrə əldə edilib.

Paralimpiya Oyunlarına vəsiqəni atletika üzrə Oloxan Musayev, Samir Nəbiyev, Kamil Əliyev, üzgüçülük üzrə Raman Salei, Dana Şandıbina, Vəli İsrafilov, güllə atıcılığı üzrə Yelena Taranova, Kamran Zeynalov, pauerliftinq üzrə Elşən Hüseynov qazanıblar.

Hazırda lisenziya yarışları davam edir.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir