“Milan” və “Yuventus” klubları futbolçularını dəyişməyi düşünür
“İNFONEWS” xəbər verir.
İtaliyanın “Milan” və “Yuventus” klubları futbolçularını dəyişməyi düşünür.
A Seriyası nəhəngləri yay transfer dövründə futbolçu mübadiləsi edə bilərlər. Belə ki, “Milan” “Qoca Sinyora”dan Federiko Bernardeskini, “Yuventus” isə əvəzində Alessio Romanyolini istəyir.
Qeyd edək ki, hər iki futbolçunun klubları ilə anlaşması 2022-ci ilin yayında başa çatır.