Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

“İNFONEWS” xəbər verir.

Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2 min manat məbləğində və 13 min 60 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir