İran ilə Rusiya mədəniyyət mərkəzlərinin açılması haqqında sənəd imzalayıblar
“İNFONEWS” xəbər verir.
Rusiyanın xarici işlər naziri Serqey Lavrovun İrana rəsmi səfəri zamanı mədəniyyət mərkəzlərinin açılması haqqında iki ölkə arasında sənəd imzalanıb.
İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüş çərçivəsində nazirlər Tehranda Rusiya, Moskvada isə İran mədəniyyət evinin açılması barədə razılıq əldə edib.
İmzalama mərasimindən sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar. Qeyd olunub ki, mədəniyyət mərkəzlərinin açılması hər iki xalq arasında münasibətlərə töhfə verəcək. Mədəniyyət mərkəzlərində əlamətdar günlər, yubileylər və sair bu kimi tədbirlər keçiriləcək.
S.Lavrov bildirib ki, görüş zamanı qarşılıqlı əlaqələrin perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Onun sözlərinə görə, qlobal siyasi proseslərə dair münasibətdə İran ilə Rusiya vahid mövqeyə malikdirlər.