Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4077 yeni yoluxma faktı qeydə alınıb, 3854 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 187336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib, aktiv xəstə sayı 62427 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17998, bu günə qədər isə ümumilikdə 1998577 test nümunəsi götürülüb.