Azərbaycanda birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 813 min 413 nəfər olub

Azərbaycanda birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 813 min 413 nəfər olub

Aprelin 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 31 min 28 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26 min 347, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4681 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 243 min 191-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 813 min 413, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 429 min 778 nəfərdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir