ADPU-nun filial direktoru koronavirusa yoluxub, tədris ocağı bağlanıb
“INFONEWS” xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şəki filialı koronavirusa görə bağlanıb.
Məlumata görə, bu günədək filial əməkdaşlarının 30 faiz işçisi işə gəlirmiş. Onların arasında da koronavirusa yoluxma qeydə alındığı üçün tədris ocağında iş rejimi iki həftəlik dayandırılıb.
Eyni zamanda, filialın ayrı-ayrı laboratoriyalarında da koronavirusa yoluxma halları qeydə alınıb. Bundan başqa, ADPU-nun Şəki filialının direktoru da COVID-19-a yoluxub.
(Report.az)