Medianın İnkişafı Agentliyində yeni təyinat

Medianın İnkişafı Agentliyində yeni təyinat

“İNFONEWS” xəbər verir.

Tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyində (MEDİA) vəzifəyə təyin olunub.

Bu barədə N.Məmmədli “Facebook” hesabında məlumat paylaşıb.

“25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam”, – jurnalist bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir