Özbəkistan və Çin alimləri COVID-19 əleyhinə yeni vaksin ixtira ediblər

Özbəkistan və Çin alimləri COVID-19 əleyhinə yeni vaksin ixtira ediblər.

“INFONEWS” Azərtac’a istinadən xəbər verir.

Özbəkistan Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutu Çin Elmlər Akademiyasının alimləri ilə birgə COVID-19 əleyhinə “Rutan” adlı yeni vaksin ixtira ediblər.

Yeni vaksin bitkilər əsasında hazırlanan yeganə təbii dərmandır.

Aparılanklinik tədqiqatlar göstərir ki, “Rutan” vaksinindən COVID-19 virusunun və müxtəlif ağırlıqda olan pnevmoniya xəstələrinin müalicəsində istifadə oluna bilər.

Qeyd olunur ki, “Rutan” tamamilə təhlükəsizdir və koronaviruslu xəstənin oksigen çatışmazlığına müqavimətini artırır.

Bu günlərdə Çinin Özbəkistandakı “China-Uzbekistan Medicine Technical Park” birgə müəssisəsi və “Radiks” şirkəti tərəfindən yeni vaksinin istehsalına başlanacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir