Daha iki qadın güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır.
“INFONEWS” xəbər verir.
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Çempionatın dördüncü günündə – aprelin 22-də daha iki qadın güləşçimiz mübarizəyə qoşulacaq.
Güləşçilərimizdən Tatyana Varantsova (53 kq) rusiyalı Olqa Xoroşavtsova, İrina Netreba (65 kq) isə Belarus təmsilçisi Tatyana Pavlova ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal görüşlərinə saat 18:45-də, final qarşılaşmalarına isə saat 20:00-da start veriləcək.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.