Bakıda ağır yol qəzası olub, ölənlər var

Bakıda ağır yol qəzası olub, ölənlər var

“İNFONEWS” xəbər verir.

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir