Azərbaycanda yumşaldılmalar bu tarixdə ola bilər – AÇIQLAMA
“Azərbaycan səhiyyəsi son bir ayda artan dalğa qarşısında yüklənmiş vəziyyətdədir. Buna uyğun olaraq dövlətin adiyyəti qurumları tədbirlər görürlər. Hər bir dalğanın ortalama bir-iki aylıq yüksəlmə və düşmə reallığı var”.
“İNFONEWS” baku.ws-ə istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov bildirib.
Deputat hesab edir ki, qarşıdakı bir-iki həftə ərzində dalğanın sönməsi və səhiyyə üçün yük yaratmayacaq rəqəmlərə çatacağı ilə üzləşəcəyik:
“Ümid edirəm ki, yayın gəlməsi və dəniz mövsümünün başlaması ilə əlaqədar, həm də rəqəmlərin bu şəkildə aşağı düşməsindən sonra hökumət insanların normal həyata dönməsinə uyğun qərarlar verəcək”.