Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən 6 adam ölüb, 84 nəfər yaralanıb
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır.
Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son məlumata görə, Qırğızıstan tərəfdən ölənlərin sayı 3 nəfərə çatıb, onların biri 13 yaşlı qızdır.
Qırğız tərəfinin məlumatına görə, Tacikistan tərəfdən də 3 nəfər həlak olub. Hər iki tərəfdən yaralananların sayı 84 nəfərə çatıb.
Münaqişə zonasında olan Kok-Taş kəndinin 600 nəfər əhalisi təhlükəsiz yerlərə köçürülüb.
Xatırladaq ki, qarşıdurma Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.