Azad Rəhimov vəfat edib
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.
O, 57 yaşında dünyasını dəyişib..
Qeyd edək ki, Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdi.
“Şöhrət” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.
Mərhumun bir övladı var.
Allah rəhmət eləsin!