İqtisadi Şuranın növbəti iclasları keçirilib
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasları keçirilib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
İclasların gündəliyində 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının əsas makroiqtisadi çağırışları, ortamüddətli makrofiskal çərçivə və proqnozlar və digər cari məsələlər müzakirə olunub.