Qırğız-tacik sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə yüksəlib.
“İNFONEWS” -un məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.
“Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, – xəbərdə deyilir.