Mərkəzi Bankdan yeni qərar

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul edib.

İnfonews xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilib. Pandemiyanın təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır ki, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir. Valyuta bazarında tarazlığın davam etməsi, pul təklifinin və kredit qoyuluşlarının zəif artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilib.

Digər tərəfdən qlobal enerji daşıyıcıları bazarında müşahidə edilən son meyillər, onların 2021-ci ildə də davam etməsi perspektivləri ölkənin xarici mövqeyinin və iqtisadi subyektlərin gözləntilərinin yaxşılaşmasını dəstəkləyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir