Prezidentdən növbəti humanist addım
“İNFONEWS” xəbər verir.
Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.
Yaxın saatlarda həmin şəxslər Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınacaq.
Qeyd olunur ki, azad olunanlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin göstərdiyi humanizm müqabilində Ermənistan bu günədək Qarabağda minalanmış ərazilərin xəritəsini verməyib.