“INFONEWS” xəbər verir.
Rusiyada Twitter, Google və Facebook-u Roskomnadzorun istəyi ilə qadağan edilmiş məlumatların silinməsini rədd etdiklərinə görə yeni böyük cərimələr gözləyir.
Məhkəməyə istinadən verilən xəbərə görə, xüsusən Twitter daha 24 milyon rubl, Google və Facebook isə 20 milyon rubl cərimə edilə bilər.
2 apreldə Moskva məhkəməsi Twitter-i yeniyetmələri qanunsuz aksiyalarda iştirak etməyə çağıran məlumatların silinməməsinə görə 3,2 milyon rubl, daha sonra isə 3,3 milyon rubl cərimə edib. Şirkət Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi – “Məlumat əldə etmənin məhdudlaşdırılması prosedurunun pozulması”na əsasən təqsirli bilinir.
Xatırladaq ki, Roskomnadzor mart ayının əvvəlində Twitter trafikini məhdudlaşdırıb.