Qadın birdəfəyə doqquz uşaq dünyaya gətirib
“İNFONEWS” xəbər verir.
Qərbi Afrika ölkəsi olan Mali sakini bir doğuşda doqquz körpə – beş qız və dörd oğlan uşağı dünyaya gətirib.
France-Presse agentliyinə istinadla xəbər verir ki, Malinin Səhiyyə Nazirliyi ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Qurumun məlumatına görə, 25 yaşlı Halima Sisse paytaxt Bamako şəhərində iki həftə xəstəxanada yatdıqdan sonra ölkə prezidenti Ba Ndaunun göstərişi ilə Mərakeşdəki klinikalardan birinə yerləşdirilib.
Malinin Səhiyyə naziri Fanta Sibi peşəkarlığı hamiləliyin uğurla başa çatmasına səbəb olan hər iki ölkənin tibb mütəxəssislərini təbrik edib.