Müsahibə verməyi sevməyən Rəbiyyə nənə dünyasını dəyişdi
“İNFONEWS” xəbər verir.
Bu gün Rəbiyyə nənə ömrünün 95-ci ilində dünyasını dəyişdi.
Söhbətləri şirin idi. Sevdiyi Bakı şəhəri və məşhur bakılılar haqqında ən maraqlı hadisələri böyük həvəslə danışardı. Yaddaşına heyran qalardıq. Müsahibə verməyi, çəkilişləri sevməzdi.
Öz əlinin əməyi və alnının təri ilə yaşayıb-yaratmış qoçaq, zəhmətkeş ana, örnək qadın, evinin xanımı idi… Onun üçün həyatının hər dönəmi özəl idi, lakin Seyid Mir Mövsüm Ağanın evində yaşadığı 2 ilini xüsusilə unutmazdı, bu illərini böyük məhəbbət və sevgi ilə ən əziz xatirə kimi danışardı.
Getdi…Əbədiyyətə qovuşdu. Rəbiyyə Həsən qızı Rəsulovanın xatirəsi hamımızın, onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
“İNFONEWS” komandası olaraq, Rəbiyyə xanımın oğlu Nazim Rəsulova və ailəsinə dərin hüznlə baş sağlığı verir, doğmalarına Allahdan səbr diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN!