Hədə-qorxu ilə qadından pul tələb edən şəxs yaxalanıb
“İNFONEWS” xəbər verir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən gənc qadın mayın 3-də tanışının onun fotoşəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü alması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.