Birləşmiş Ştatların neft ehtiyatları azalıb

Birləşmiş Ştatların neft ehtiyatları azalıb

”İNFONEWS” xəbər verir.

ABŞ-ın xam neft ehtiyatları azalır.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 8 milyon barel (1,6 faiz) azalaraq 485,1 milyon barel olub. Bazar proqnozları ehtiyatların 2,2 milyon barel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 100 min barel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da 1 milyon barel azalaraq 633,4 milyon barel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 700 min barel (0,1 faiz) artaraq 235,8 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 100 min barel çoxalmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir