Ramazan bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ziyarət edilib

Ramazan bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ziyarət edilib

”İNFONEWS” xəbər verir.

Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı münasibətilə MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.

Universitetdən bildirilib ki, ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş Ofeliya Məmmədova, Solmaz Əliyeva, Əbülfət Ədilov və digər əməkdaşlarla görüşən HİK üzvləri onları qarşıdan gələn Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.

MDU əməkdaşları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir