Gəncədə 9 May – Qələbə günü qeyd olunub
”İNFONEWS” xəbər verir.
Gəncədə faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağındakı məzarüstü abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq, məhdud iştirakçı sayı ilə keçirilən tədbirdə İkinci Dünya müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
9 May – Qələbə günü ilə əlaqədar olaraq, həmçinin Gəncədə yaşayan İkinci Dünya müharibəsi iştirakçıları ziyarət olunub, bayram sovqatı verilib.
Qeyd edək ki, bu gün Gəncədə İkinci Dünya müharibəsinin 5 iştirakçısı yaşayır.