Bu gündən vaksinasiyasının mövbəti mərhələsinə start verildi
“İNFONEWS” xəbər verir.
Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır.
Bu gündən etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.
Bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, cəmiyyət məsuliyyətlilik prinsipinə uyğun olaraq hamılıqla vaksinasiyaya qatılmalıdır:
“Hər bir vətəndaşı vaksin olunmağa çağırıram”.