YAP İmişli rayon təşkilatında Ümummilli lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videoformatda tədbir keçirilib

İNFONEWS”  xəbər verirki, 10 may 2021 –ci il tarixdə YAP İmişli rayon təşkilatında Ümummilli lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videoformatda tədbir keçirildi.
Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onun əziz xatirəsini yad etmək üçün abidəsi qarşısında gül-çiçək dəstələri qoyulduqdan sonra təşkilatın akt zalında videformatda tədbiri giriş sözü ilə açan YAP İmişli rayоn təşkilatının sədri Səfa Ağayev tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Mayın 10-u ümummilli lider, Yeni Azərbaycan Partiyasının banisi, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin anadan olduğu gündür. Bu münasibətlə hər kəsi təbrik edən Səfa Ağayev, həmçinin onuda qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətlə inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır.Yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsi qazanmış, müasir düşüncəli, proqramatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan , təcrübəli diplomat , Azərbaycan Prezidenti cənab İljam Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir.
YAP İmişli rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Muradov çıxış edərək ilk öncə Ümummilli lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadanolmasının 98-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şürurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.
Digər çıxışçılar gənc Nicat Əiliyev və ərazi təşkilat sədri Xalıq Həsənov öz çıxışlarında qeyd etdilər ki, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi rəhbər və müdrik dövlət xadimi bəxş etdi. Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı və hazırkı müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.
Sonda İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yubiley münasibətilə 500 ədəd ağac əkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir